Xarkov istiqamətində əks-hücum əməliyyatı zamanı ukraynalı hərbçilər Rusiya ordusunun polkovnik-leytenantını və daha bir neçə hərbçini əsir götürüblər.
Müvafiq video çərşənbə günü, sentyabrın 7-də Ukrayna Silahlı Qüvvələrinin zabiti Anatoli Ştefan tərəfindən Twitter-də yerləşdirilib.
Görüntülərin harada çəkildiyi barədə dəqiq məlumat verilmir.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri avqustun 29-da eyni anda bir neçə istiqamətdə əks-hücum əməliyyatına başlayıb.