Simonyan Ukraynaya nüvə zərbəsi ilə bağlı anons verdi

RT nəşrinin baş redaktoru Marqarita Simonyan hesab edir ki, Qərb Rusiyanı Ukraynaya nüvə zərbəsi endirməyə təhrik edir.

Buta.media-nın xəbərinə görə, o bu barədə öz Telegram kanalında yazıb.

“Anqlosakslar Ukraynaya hərbi əməliyyatları Rusiya ərazisinə keçirməyi təklif edirlər. Və onları bu planın həyata keçirilməsi üçün vasitələrlə təchiz edirlər. Bizə hansı seçim qoyursunuz? Ukraynanın qalan hissəsinin tam məhv edilməsi? Nüvə zərbəsi?”, - Simonyan yazıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ