Paşinyan Xamenei ilə görüşdü - video

İranda səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan bu ölkənin Ali Rəhbəri Əli Xamenei ilə görüşüb.

Bu barədə məlumatı “Tasnim” agentliyi yayıb.

Görüşdə, həmçinin hazırda İran Prezidentinin səlahiyyətlərini icra edən Məhəmməd Möhbər də iştirak edib.

Xatırladaq ki, N.Paşinyan helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisi və digər iranlı məmurların vida mərasimində iştirak etmək üçün Tehranda səfərdədir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ