Suriyada ABŞ və Rusiya hərbçiləri arasında insident

ABŞ hərbçiləri növbəti dəfə Suriyada Rusiya hərbi polisini yolunu kəsiblər.

Buta.media-nın xəbərinə görə, bu barədə “Voeynnıy Osvedomitel” Telegram kanalı məlumat yayıb.

Qeyd edilir ki, Təl-Təmr şəhərindən M4 trası istiqamətində çıxışda amerikalılar blokpost qoyublar. Rusiya kolonu geri qayıtmağa məcbur olub.

Bundan əvvəl, yanvarın 19-da rusiyalı hərbçilər Rumelayn şəhəri yaxınlığında neft mədənləri olan əraziyə keçmək istəyiblər, lakin onların bu cəhdi uğursuz alınıb - rusiyalıların yolunu ABŞ hərbi qulluqçuları kəsiblər.

ABŞ-ın xüsusi nümayəndəsi Ceyms Cefri bildirib ki, ABŞ və Rusiya hərbçiləri arasında belə problemlər 14 ay əvvəl rusiyalıların regionda aktivliyi artırmasından sonra başlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ