Qırğızıstan vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb

Qırğızıstanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına müvəqqəti olaraq Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib.

XİN Rusiyaya səfər etmək üçün üzrlü səbəbləri olmayan vətəndaşlara Rusiya Federasiyasında əvvəllər tətbiq edilmiş təhlükəsizlik tədbirləri və dövlət sərhədindən girişə gücləndirilmiş nəzarət rejimi aradan qaldırılana qədər müvəqqəti olaraq səfərdən çəkinməyi tövsiyə edib.

XİN izah edib ki, tövsiyə Rusiya Federasiyasına keçmək istəyən Qırğızıstan vətəndaşlarına kütləvi şəkildə imtina verilməsi ilə əlaqədardır. 

Bir gün əvvəl hüquq müdafiəçisi Valentina Çupik bildirib ki, Rusiya sərhədçiləri Tacikistan, Qırğızıstan və Özbəkistan vətəndaşlarını ölkəyə buraxmırlar. Onun məlumatlarına görə, mayın 1-nə qədər Rusiya hava limanlarında Rusiya Federasiyasına buraxılmayan təxminən 4,5 min insan var idi. Təxminən eyni sayda insan quru sərhədlərindəki keçid məntəqələrindən buraxılmayıb. Çupik həmçinin bildirib ki, sərhəddən buraxılmayan şəxslər bir-iki gün ərzində geri göndərilir, lakin bəzi hallarda bu proses bir həftəyə qədər uzanır.

◾ Aprelin 27-də Tacikistan Xarici İşlər Nazirliyi vətəndaşları təcili olaraq Rusiyaya səfər etməməyə çağırıb. Bundan əvvəl departament bəyan edib ki, son bir neçə həftə ərzində Tacikistan vətəndaşlarının Rusiyaya girişi kütləvi şəkildə qadağan edilib.

◾ Tacikistandan olan mühacirlərin günahlandırıldığı “Krokus Siti Hall” konsert zalında baş verən terror aktından sonra Rusiya şəhərlərində xarici vətəndaşlara qarşı kütləvi yoxlamalar aparılır. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ