Qırğızıstanda yük maşını 29 uşağı vurub - video

Qırğızıstanın Cəlalabad vilayətinin Suzak rayonunda “Porter” markalı yük maşını kütləvi tədbir zamanı 29 uşağı vurub.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Uşaqların 9-16 yaş arasında olduğu bildirilir.

Hadisə nəticəsində xəsarət alan 18 uşaq xəstəxanaya yerləşdirilib. Onlardan 7-si reanimasiyadadır, 3-nün vəziyyəti ağırdır. 11 nəfər tibbi müayinədən keçdikdən sonra ambulator müalicəyə buraxılıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ