Terror aktı zamanı həlak olan azərbaycanlı qəhrəmanlıq göstərib - video

Moskvada “Crocus City Hall”da baş verən terror aktı zamanı öldürülən azərbaycanlı Vüqar Hüseynovun görüntüləri yayılıb.

Video Telegram kanallarında dərc edilib.

Kadrlarda görünür ki, atışma başlayanda o, həyat yoldaşı Lilit İsraelyanla birlikdə təxliyə olunmaq istəyəndə silahlılarla qarşılaşıb. Bu zaman Vüqar qorxuya düşən insanları xilas etmək üçün bar masalarından barrikadalar qurmağa başlayıb. 

Görüntülərdə Vüqar yaşıl gödəkçə geyinib.

Lilit İsraelyanın ailəsi də xəbəri təsdiq edib.

Qeyd edək ki, Vüqarla Lilitin bir yaş yarımlıq övladı var. Uşaq nənəsi və babası ilə birlikdədir. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ