On saatlıq döyüşdən sonra: İsrail HƏMAS postunu ələ keçirdi - video

İsrail ordusu Qəzza zolağının şimalında yerləşən Cəbəliyə qaçqın düşərgəsində HƏMAS hərəkatının postunu ələ keçirib. Bu barədə “The Times of Israel” məlumat yayıb.

İDF bildirib ki, “Nahal” motoatıcı briqadasının əsgərləri 10 saat davam edən döyüşlərdən sonra Cəbəliyyənin qərbində HƏMAS-ın 17-ci postunu nəzarətə götürüb.

“Piyada Korpusunun “Nahal” briqadasına aid qüvvələr Qəzza zolağının şimalında yerləşən Cəbəliyə qaçqın düşərgəsindəki postu ələ keçirib”, - məlumatda deyilir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ