Moskva vilayətində zavodda güclü partlayış olub - video

Rusiyada, Moskva vilayətinin Sergiyev Posad şəhərində yerləşən Zaqorsk optik-mexanika zavodunda güclü partlayış baş verib.

Məlumata görə, hadisə zamanı 35 nəfər xəsarət alıb.

Partlayışın səbəbinin texnoloji prosesin pozulması olduğu qeyd edilir. Onlardan dördünün vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, Zaqorsk Optik-Mexaniki zavod 1935-ci ildən fəaliyyət göstərir. Müəssisə hüquq-mühafizə orqanları, sənaye, səhiyyə sahələrinə və opto-elektronik cihazlar istehsal edir. Zavod Rusiya optik sənayesinin əfsanəvi müəssisəsi sayılır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ