Priqojin hara yoxa çıxıb?

“Vagner” ÖHŞ-nin yaradıcısı Yevgeni Priqojin hələ də əlaqə çıxmayıb. Bu barədə RTVI-ya Priqojinin mətbuat xidmətindən məlumat verilib.

Qəzetin jurnalistinin sorğusuna cavab olaraq bildirilib ki, “o, hamıya salamlarını çatdırır və normal ünsiyyətdə olanda sualları cavablandıracaq”.

İyunun 24-ü axşamdan bəri Priqojinin harada olması barədə ictimaiyyətə heç nə məlum deyil. Sonuncu dəfə “Vagner” ÖHŞ-nin qurucusunun Rostov-na-Donu şəhərini avtomobillə tərk edib.

Priqojinin mətbuat xidməti mütəmadi olaraq onun ictimai bəyanatlarını, o cümlədən audio və video mesajlarını dərc edir. Priqojinin son audio mesajı iyunun 24-də axşam mətbuat xidmətinin kanalında dərc olunub. Həmin audioda ÖHŞ-nin təsisçisi döyüşçülərinin “Moskvaya yürüşü” dayandırdığını və geriyə düşərgələrə qayıtdaqlarını açıqlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ