Putin Moskvanı tərk edib? - foto

Rusiya Federasiyasının prezidenti Vladimir Putinin “İL-96” təyyarəsi Moskvadan Sankt-Peterburq istiqamətində havaya qalxıb.

“Flightradar” xidmətinin məlumatına görə, Rusiya prezidentini daşımaq üçün nəzərdə tutulmuş İl-96-300PU (“İdarəetmə məntəqəsi”) xüsusi təyyarəsi Rusiya Federasiyasının paytaxtından havaya qalxıb.

Bildirilir ki, hazırda təyyarə “Flightradar” xəritəsindən yoxa çıxıb.

Eyni zamanda Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bu məlumatı təkzib edərək deyib ki, Putin Kremldəki iş yerindədir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ