Rusiya ordusu ilə “Vaqner” muzdluları arasında döyüşlər başladı - video

Voronej istiqamətində “Vaqner” özəl hərbi şirkətinin döyüşçüləri ilə Rusiya ordusunun hərbi qulluqçuları arasında döyüşlər başlayıb.

Bu barədə Telegram kanallarında görüntülər yayılıb.

Bundan əlavə, Rusiya aviasiya qüvvələri “Vaqner” özəl hərbi şirkətinə məxsus kolonun hərəkət etdiyi M-4 magistralına zərbələr endirirlər.

Xatırladaq ki, bu gün gecə saatlarından etibarən “Vaqner” özəl hərbi şirkəti Rusiya Silahlı Qüvvələrinə qarşı qiyam qaldırdıqlarını bəyan edib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ