Tramp: Putin səhv etdi

ABŞ-ın keçmiş prezidenti Donald Tramp CNN telekanalında Rusiya prezidenti Vladimir Putini “müharibə cinayətkarı” adlandırmaqdan imtina edib, çünki onun sözlərinə görə, bu, Rusiya Federasiyası ilə danışıqlara zərər verə bilər.

“Əgər siz onun hərbi cinayətkar olduğunu desəniz, müharibəni bitirmək üçün razılığa gəlmək xeyli çətinləşəcək”, - Tramp deyib.

Onun sözlərinə görə, Putin Ukraynanı işğal etməklə böyük səhvə yol verib. Bununla belə Tramp müharibədə kimin qalib gələcəyi ilə bağlı proqnoz verməkdən imtina edib.

“Qələbə və məğlubiyyət haqqında düşünmürəm. Hər şeyi düzəltməyi düşünürəm. İstəyirəm ki, rusiyalılar və ukraynalılar ölməkdən əl çəksinlər, və mən bunu 24 saat ərzində edəcəm. Putin Ukraynaya girməkdə səhv etdi. Mən prezident olsaydım, o, heç vaxt bunu etməzdi”, - deyə Tramp bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ