Sizə paxıllıq edirəm: Putin və Si Cinpin nə barədə danışıblar?

Kremldə Rusiya prezidenti Vladimir Putinlə Çin sədri Si Cinpin arasında qeyri-rəsmi görüş keçirilib.

Bu barədə “İnterfaks” məlumat yayıb.

Danışıqlar Kremlin birinci korpusunda başlayıb. Daha sonra Putin və Si Cinpin qeyri-rəsmi şam yeməyində söhbətlərini davam etdirəcəklər.

Söhbətin açıq hissəsində Putin Si Cinpini yenidən ÇXR prezidenti seçilməsi münasibətilə təbrik edib. O, Çinin iqtisadi inkişafını da qeyd edib. “Son illərdə Çin öz inkişafında böyük sıçrayış edib. Bütün dünyada bu, həqiqətən maraq doğurur və biz hətta sizə bir az paxıllıq edirik”, - Putin danışıqların əvvəlində deyib.

Putin Pekinin “Ukraynadakı kəskin böhranın həlli ilə bağlı” təkliflərini diqqətlə öyrəndiyini bildirib və əlavə edib ki, Rusiya hakimiyyəti danışıqlara açıqdır.

Si Cinpin Kremldəki görüşdə Putini “əziz dostum” adlandırıb. Çin lideri qeyd edib ki, onun fikrincə, rusiyalılar 2024-cü ildə Rusiya Federasiyasında keçiriləcək prezident seçkiləri zamanı Putini dəstəkləyəcəklər.

“Mən bilirəm ki, gələn il ölkənizdə növbəti prezident seçkiləri keçiriləcək. Sizin güclü rəhbərliyiniz sayəsində Rusiya son illərdə mühüm irəliləyiş əldə edib. Əminəm ki, xalqınız sizin xeyirxah səylərinizdə dəstəkləyəcək”, - deyə Si bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ