Çavuşoğlu Rusiya-Ukrayna müharibəsinin necə bitəcəyini açıqladı

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynadakı münaqişənin danışıqlar masası arxasında bitəcəyinə inanır.

“Biz hesab edirik ki, Rusiya və Ukrayna arasında müharibə bu və ya digər şəkildə döyüş meydanında deyil, danışıqlar masası arxasında bitəcək”, - nazir Ankara universitetlərindən birində keçirilən konfransda deyib.

Onun sözlərinə görə, Rusiya və Ukrayna XİN rəhbərlərinin mart ayında Antalyada keçirilən görüşündən, eləcə də nümayəndə heyətlərinin İstanbuldakı danışıqlarından sonra ölkələr atəşkəslə bağlı razılıq əldə etməyə yaxın olub, lakin sonradan “dialoqdan geri çəkiliblər.

Nazir həmçinin hazırkı şərtlərin “ciddi şəkildə fərqli olduğunu” bildirib.

“Yeni reallıqlar var, vəziyyət daha mürəkkəbdir, lakin ümidimizi itirməməliyik”, - Çavuşoğlu bildirib.

O əlavə edib ki, hərbi komponentə arxalanmaq münaqişənin “onilliklər boyu davam etməsi” riskini artırır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ