Azərbaycanda tülküyə əzab verən şəxslər saxlanıldı

Sosial şəbəklərdə heyvana əzab verən şəxslərin görüntüləri yayılıb. Görüntülərdə naməlum şəxslərin heyvana bellə xəsarət yetirdikləri müşahidə olunub. Onları heyvanın başından vurmaqla onu ğldürməyə çalışıblar. 

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, vəhşi heyvana qarşı qəddarlıq göstərərək nümayişkəranə surətdə sosial şəbəkədə video görüntüləri yayan şəxslərlə bağlı araşdırma aparılıb:

“Görülmüş tədbirlərlə əməli törədənlərin Sabirabad rayon sakini 20 yaşlı Cəsarət Bayramov və Neftçala rayon sakini 18 yaşlı Kənan Dünyamalıyev olmaları müəyyən edilib və onlar saxlanılıblar. Həmin şəxslər hadisəni etiraf edərək peşiman olduqlarını və həmin tülkünün qarpız sahələrinə ciddi ziyan vurduğunu bildiriblər. Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsilə protokol tərtib olunub və onların bir daha belə hərəkətlərə yol verməməsi üçün ciddi xəbərdarlıq edilib”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ