Bakı-Qazax yolunda dəhşətli qəza: Altı nəfər öldü - VİDEO

Göygöldə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı altı nəfər ölüb.

Buta.media-nın xəbərinə görə, bu barədə APA saytı xəbər yayıb.

Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı hərəkətdə olan “DAF” markalı yük avtomobili ilə “VAZ-2107” ilə toqquşub.

Nəticədə minik avtomobilinin sürücüsü, 1994-ci il təvəllüdlü Hümbətov Orxan, onun həyat yoldaşı, 1996-cı il təvəllüdlü Hümbətova Sona, sürücünün övladı, 2020-ci il təvəllüdlü İbrahim və sərnişinlər, 2001-ci il təvəllüdlü Şahməmmədov Elsəvər Rövşən oğlu və 2009-cu il təvəllüdlü Yusibova Aylin Vüsal qızı hadisə yerində vəfat ediblər. Ölənlərdən birinin şəxsiyyəti müəyən edilməyib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ