Bakıda avtomobili səkidə idarə edən sürücü həbs olundu - video

Bakıda avtomobilini səkidə idarə edən sürücü həbs edilib. Hadisə Səbail rayonunda baş verib.

Piyadaların hərəkətinə təhlükə yaradan “Mercedes” markalı, 90-OT-408 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Ağayev Cahangir Bəhlul oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə C.Ağayev 5 sutka inzibati qaydada həbs edilib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ