Qubadlı və Suqovuşanda sümük fraqmentləri aşkarlanıb

Qubadlı rayonu ərazisində sümük fraqmenti aşkar edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, mayın 5-də işğaldan azad olunmuş Qubadlı rayonunun Xanlıq kəndi ərazisində mina təmizləmə işləri aparılan zaman insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyünün aşkar edilməsi faktı üzrə Qubadlı Rayon Prokurorluğunda araşdırma aparılır.

14:01

Suqovuşan qəsəbəsində sümük fraqmentləri aşkarlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, işğaldan azad olunmuş Ağdərə rayonu, Suqovuşan qəsəbəsi ərazisində mayın 5-də yeni binaların tikintisi ilə əlaqədar qazma işləri aparılan zaman insana məxsus olması ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

Fakt üzrə Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ