Bakıda toydan sonra faciə. Ölən var - video

Bakının Nizami rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə APA məlumat yayıb.

Qəza Bəkir Çobanzadə küçəsində qeydə alınıb.

Belə ki, hadisə zamanı 1959-cu il təvəllüdlü Bağırova Kəmalə Həmid qızı və 1961-ci il təvəllüdlü Əfəndiyeva Gülarə Oktay qızı şadlıq evindən çıxaraq yolun əks tərəfinə keçmək istəyib.

Həmin vaxt onları “Kia” markalı avtomobil vurub.

Piyadalar ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, Əfəndiyeva Gülarə Oktay qızı dünyasını dəyişib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ