“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb. 

Sərnişinlərin ictimai nəqliyyat növləri arasında rahat keçidinin təmin olunması məqsədilə ərazidə avtobus, metro, dəmiryolu stansiyası, taksi duracağı, ictimai və fərdi nəqliyyat qovşağını əlaqələndirəcək multimodal HUB-ın yaradılmasına başlanılıb.

Beləliklə, görüləcək işlər çərçivəsində:

- minik avtomobilləri üçün “park and ride” tipli parklanma yerləri təşkil ediləcək;

- taksi minik avtomobilləri üçün yolun hərəkət hissəsinə yaxın duracaq yaradılacaq;

- elektrik mühərrikli avtobuslar üçün dolum məntəqələri quraşdırılacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ