Aşağı Əskipara kəndinə gedən yol açıldı - video

Erməni işğalından azad edilən Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açılıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunmuş 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ