Vətən müharibəsi qazisi Türkiyədə faciəvi şəkildə öldü

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə vəfat edib.

Əmisi ilə birgə Türkiyə-Rusiya arasında sərnişindaşıma işi ilə məşğul olan 27 yaşlı Orxanın avtomobil qəzasında öldüyü bildirilib.

Vətən müharibəsində iştirakına görə bir neçə medalla təltif edilmiş Orxan Mürtəzov evli və iki azyaşlı qız atası olub.

Mərhumun nəşi dəfn olunmaq üçün Azərbaycana gətiriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ