Azərbaycanda 45 yaşlı kişi 23 yaşlı qızı qaçırıb

Bərdə rayonunun Uğurbəyli kəndində 23 yaşlı qız qaçırılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Rəsmi məlumatda bildirilib ki, aprel ayının 22-də Bərdə rayonunda 2001-ci il təvəllüdlü qızın qaçırılması ilə bağlı Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Hazırda müraciət əsasında polis əməkdaşları tərəfindən axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, gənc qızın 45 yaşlı kişi tərəfindən evlənmək məqsədilə qaçırıldığı iddia olunur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ