Aeroport yolunda dəhşətli qəza: ölən və yaralananlar var - video

Ötən gecə saatlarında Bakıda  ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza aeroport yolunun Suraxanı ərazisindən keçən hissəsində “Azsamand” markalı avtomobillə BMW markalı avtomobilin toqquşması nəticəsində “Azsamand”ın sürücüsü dünyasını dəyişib.

Hadisə şahidlərinin verdiyi xəbərə görə, BMW markalı avtomobilinin sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozması qəzaya səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ