Bakıda atanın öz övladı tərəfindən qaçırılması ilə bağlı məlumat yayılıb. Bununla bağlı vəkil Zibeydə Sadıqova məlumat paylaşıb.
Vəkilin sözlərinə görə, hadisənin Binəqədi rayonu ərazisində baş verib: “Ana E.Əhmədova 7-ci Polis Bölməsinə gedib və uşağının öz atası tərəfindən qaçırıldığından şikayət etmək istəyib. 7-ci PB-nin əməkdaşları nəinki E.Əhmədovanın şikayətini qeydə almayıb, hətta qadını bölmədən zorla çıxarıblar”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”ya bildirib ki, baş vermiş faktla bağlı araşdırma aparılır:
“Hazırda daxil olmuş məlumat əsasında araşdırma aparılır. Bu, ailədaxili məsələdir. Prosessual qanunvericiliyin tələblərinə görə tərəflərin hüquqları təmin olunacaq”.