Taksidə siqaret çəkənləri polislər cərimələyəcək - FƏRMAN

Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verilib.

Buta.media-nın məlumatına görə, bu barədə prezident İlham Əliyevin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” fərmanında dəyişiklik edilməsi haqqında fərmanında qeyd olunub.

Dəyişikliyə əsasən, Azərbaycanda taksidə siqaret çəkənlər DİN əməkdaşları tərəfindən cərimələnəcək. 

Cərimənin məbləği 40 manatdan 50 manata qədərdir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ